Çərşənbə, 13 Oktyabr 2021 18:25

Xristofor Kolumbun Amerikaya gəlişinin ildönümündə etiraz aksiyası keçirilib

    Xristofor Kolumbun Amerikaya gəlişinin ildönümündə etiraz aksiyası keçirilib

Xristofor Kolumbun Amerikaya gəlişinin ildönümündə irqçilik əleyhinə mübarizə aparan qrupların çoxu küçələrə axışaraq, müstəmləkəçilərə qarşı qəzəblərini nümayiş etdiriblər.

 İRNA-nın məlumatına görə, Amerikada, xüsusən də Latın Amerikası bölgəsində bir çox insan, Xristofor Kolumbun qitəyə gəlişinin ildönümü olan 12 oktyabrda küçələrə axışıblar və yerli xalqların hüquqlarını təsdiq edərək, 1492-ci ildə qitənin kəşfi ilə əlaqədar "hüquq pozuntuları" və cinayətlərdən narazılıqlarını bildirib, qəzəblərini Kristofor Kolumbun heykəllərinə simvolik hücumla nümayiş etdiriblər. 

Həmçinin, Amerikanın 70-dən çox kontinental təşkilatının üzvləri də Boliviyanın paytaxtı Kitoda toplaşaraq, bir bəyanat yayıb, bölgə xalqının qurbanı olduqları ədalətsizliklərə görə, təzminat tələb ediblər.

12 oktyabr Xristofor Kolumbun 1492-ci ildə Amerikaya gəlişinin ildönümü günüdür, hansı ki, bölgənin yerli əhalisini aldatmaq və talan etməklə mülklərini və torpaqlarını qarət etdi.

Şərh yaz


Məxfi kod
Yenilə