Çərşənbə, 16 Sentyabr 2020 12:54

ABŞ prezidentindən etiraf: Onu öldürmək üçün planımız hazır idi

ABŞ prezidentindən etiraf: Onu öldürmək üçün planımız hazır idi

Ağ  Evin başçısı etiraf edib ki, sui-qəsddən imtina etdiklərinə görə peşman deyil, çünki planın uğurla başa çatacağından əmin deyilmiş.

 ABŞ Prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində deyib, bir neçə il öncə Suriya lideri Bəşər Əsədin öldürülməsi ilə bağlı əməliyyat planlaşdırırmış. Ancaq sonra bu ideyasından vaz keçib.

“Firikləşirdim ki, onu məhv eləmək daha yaxşıdır. Biz hazır idik. Amma Mettis (Pentaqonun sabiq rəhbəri Ceyms Mettis – red.) razı olmadı. General Mettisi çox şişirdiblər”, - Tramp bildirib.

Ağ  Evin başçısı əlavə edib ki, sui-qəsddən imtina etdiklərinə görə peşman deyil, çünki planın uğurla başa çatacağından əmin deyilmiş.

2018-ci ildə Donald Tramp bildirmişdi ki, KİV-in ABŞ hökumətinin Bəşər Əsədi məhv etmək planları barədə yaydığı məlumatlar həqiqətə uyğun deyil.

Şərh yaz


Məxfi kod
Yenilə