Cümə, 22 May 2020 14:08

ABŞ Ermənistana daha 1 milyon dollar əlavə yardım ayırdı

    ABŞ Ermənistana daha 1 milyon dollar əlavə yardım ayırdı

ABŞ koronavirusla mübarizə məqsədilə Ermənistana əlavə 1 milyon dollar yardım ayırıb.

 Amerika dövləti ABŞ Beynəlxalq Yardım Fondu USAİD-in xəttilə Covid-19 virusuna qarşı mübarizə üçün 1 milyon dollar əlavə yardım ayırıb.

Fond rəsmiləri deyiblər ki, bu vəsait Ermənistanda laboratoriya sistemlərinin hazırlanmasına, xəstəliyə nəzarət və yoluxma hallarının aşkar edilməsinə, mütəxəssislərə öz qabiliyyətlərini yüksəltmək üçün texniki yardıma və risklər barədə informasiya toplamağa xərclənəcəkdir. 

Məbəyin bildirdiyinə görə, Amerika Beynəlxalq Yardım Fondu bundan əvvəl Ermənistana koronavirusla mübarizə məqsədilə 2.7 milyon dollar yardım edib. 

Xatırladaq ki, həmin fond tərəfindən Ermənistana 11.5 milyon dollar yeni yardımları barədə xəbər yayıldı. Yeni yardımla bağlı müvafiq sənədi ABŞ Beynəlxalq İnkişaf Fondu ilə Ermənistan hökumətinin nümayəndələri imzalayıblar.

Sənəddə qeyd olunur ki, yeni yarım paketi 2013-cü ildən tərəflər arasında davam edən əməkdaşlıqlar çərçivəsində İrəvana təqdim olunur.

Qeyd olunur ki, amerikan yardım təşkilatı ötən 7 ildə Ermənistana məcmuda 51.4 milyon dollar yardım edib.

Şərh yaz


Məxfi kod
Yenilə