Cümə axşamı, 21 May 2020 12:57

Dünyada COVID-19 tələfatı 325 min nəfəri keçib

Dünyada COVID-19 tələfatı 325 min nəfəri keçib

Con Hopkins universitetinin məlumatına əsasən, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 325 min nəfəri keçibdir.

SaharAzeri xəbər verir: Amerikan Con Hopkins universiteti həmçinin bildirib ki, dünya səviyyəsində koronavirusa yoluxanların sayı da 5 milyon nəfəri ötüb keçibdir.

Beynəlxalq statistikaya görə, indiyədək dünyada koronavirusa yoluxanlardan təqribən iki milyon nəfər sağalıbdır.

Dünya səviyyəsində koronavirusdan ən çox ölüm sayı Amerikaya aiddir. Bu ölkədə 94 min nəfərdən çox koronavirus xəstəsi həyatını itiribdir.

Amerikadan sonra İngiltərə 35 min nəfərdən çox koronavirus tələfatı ilə ikinci yerdə gedir. İtaliya da 32 min nəfərdən çox koronavirus itkisi ilə dünya səviyyəsində üçüncüdür.

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun dünyada geniş şəkildə yayılması haqda xəbərdarlıq edib. Bildiribdir ki, gediş-gəliş məhdudiyyətləri hələlik ləğv olunmamalıdır.

Şərh yaz


Məxfi kod
Yenilə