Çərşənbə axşamı, 24 Mart 2020 11:02

COVID-19 Consonu canişin təyin etməyə məcbur etdi

COVID-19 Consonu canişin təyin etməyə məcbur etdi

İngiltərənin baş naziri Boris Conson koronavirusa yoluxmaq qorxusundan və özünü karantin etmək zərurətinə görə, xarici işlər nazirini canişin və hökumətin işlərinin müvəqqəti icraçısı təyin edib.

İngiltərə baş nazirlik ofisi dünən bildirib ki, Consonun koronavirusa yoluxacağı halda, Dominik Raab hökumətin işlərini idarə edəcək.

İngiltərə baş nazirlik ofisi həmçinin bildirib ki, təhlükəsizlik məsafəsinə və səhiyyə tövsiyələrinə riayət etmək üçün nazirlər kabinetinin bugünkü iclası video-konfrans formasında keçiriləcək.

Son statistikalara görə, indiyədək İngiltərədə 5683 nəfər koronavirusa yoluxub. Bu statistika bazar gününə nistbətən 665 nəfər artımdan xəbər verir.

Şərh yaz


Məxfi kod
Yenilə