Cümə, 22 Mart 2019 22:20

Qasemi: Tramp Yaxın Şərqi yeni böhranlara doğru sövq etdirəcək

Qasemi: Tramp Yaxın Şərqi yeni böhranlara doğru sövq etdirəcək

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Amerika prezidentinin şəxsi və qondarma qərarları bütün dünya üçün təhlükəlidir və xüsusən də həssas Yaxın Şərq regionunu yeni böhranlara doğru sövq etdirəcəkdir.

Amerika prezidenti Donald Tramp martın 21-də twitter-dəki şəxsi səhifəsində yazıbdır ki, 52 ildən sonra Amerikanın sionist rejimin Suriyanın işğal olunmuş Qolan yüksəkliklərinə hakimiyyətini tam və rəsmi şəkildə tanımasının vaxtı gəlib çatıbdır.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi Amerika prezidentinin qərarını pisləyərək, əlavə edib: İşğalçı bir rejim kimi sionist rejimin ərəb və İslam ərazilərindən heç birinə hakimiyyəti yoxdur və tez bir zamanda bu rejimin təcavüzü və qəsbkarlığına son qoyulmalıdır.

Qasemi söyləyib: Qolan BMT-nin və onun təhlükəsizlik şurasının qətnamələrinə əsasən, Suriya ərazisinin işğal olunmuş bir hissəsi sayılır və sionist rejimin işğalçılığına son qoyulmasından savayı, onun üçün bir həll yolu təsəvvür olunmur.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: Amerika prezidentinin Qolan barədəki müdaxilə mahiyyətli qərarı nəinki onun Suriya ərazisinə aidiyyatının mahiyyətində dəyişiklik yaratmır, əksinə Amerikanın və sionist rejimin təcavüzkar və ekspansianist xislətləri qarşısında müqavimət yolunun düzgünlüyünü və sazişkaranə siyasətlərin məğlubiyyətini açıq şəkildə sübut edir.

Qasemi Amerikanın və sionist rejimin quldurcasına rəftarları barədə xəbərdarlıq edərək, vurğulayıb: İran İslam Respublikası bütün gələcək hadisələri diqqətlə izləyir və Suriya hökuməti və digər ölkələr ilə məşvərət və əməkdaşlıq edərək, mütənasib siyasətlər yürüdəcəkdir.

Şərh yaz


Məxfi kod
Yenilə