Cümə, 22 Mart 2019 17:37

Bu gün Yeni Zelandiyanın hər yerində azan verilib

Bu gün Yeni Zelandiyanın hər yerində azan verilib

Yeni Zelandiyanın Kraysçörç şəhərindəki Linvood və Əlnur məscidlərinə qarşı terror hücumu qurbanlarının ailələrinin və müsəlmanların kədərləri ilə bölüşmək məqsədilə bu gün Yeni Zelandiyanın hər yerində azan verilib.

Yeni Zelandiyanın baş naziri Casinda Ardren dünən bildirmişdi ki, cümə günü bu ölkənin hər yerində azan veriləcək və xalq iki dəqiqə sükuta dalacaqdır.

Belə bir halda, Yeni Zelandiya məscidləri cümə günü hamının üzünə açıqdır.

Yeni Zelandiyada sosial şəbəkələrin fəalları da hicabla bağlı bir səhifə açaraq, bu ölkə vətəndaşlarından istəyiblər ki, cümə günü hicab qoymaqla Yeni Zelandiya məscidlərinə qarşı terror hücumu qurbanlarının ailələri ilə həmrəylik elan etsinlər.

Ötən cümə günü Yeni Zelandiyanın Kraysçörç şəhərindəki Linvood və Əlnur məscidlərinə qarşı terror hücumunda 52 nəfər həyatını itirdi, 47 nəfər də yaralandı.

Şərh yaz


Məxfi kod
Yenilə