Cümə, 22 Mart 2019 15:46

Mey Brüsselin breksitin təxirə salınması ilə razılaşmasını alqışlayıb

Mey Brüsselin breksitin təxirə salınması ilə razılaşmasını alqışlayıb

İngiltərənin baş naziri Avropa Birliyinin brexiti təxirə salmaq barədəki qərarını alqışlayaraq, bu məsələni bu ölkə qanunvericiləri üçün yaxşı bir fürsət adlandırıb.

Tereza Mey bu gün Avropa Birliyi başçılarının iclasından sonra bildirib ki, hazırda İngiltərə qanunvericiləri seçim üçün aydın variantlara malikdirlər.

Avropa Birliyi İngiltərə parlamentinin bu ölkənin həmin birlikdən çıxması barədəki razılaşmanı gələn həftəyədək qəbul etməsi şərti ilə breksitin mayın 22-dək təxirə salınması ilə razılaşıbdır.

Əks halda, İngiltərə aprelin 12-dək breksitin gələcəyi barədəki proqramını Avropa Birliyinin nəzərinə çatdırmaq fürsətinə malik olacaqdır.

İngiltərə parlamenti martın 14-də 202 əleyhinə səs qarşılığında 412 lehinə səslə breksitin təxirə salınması barədə qərar qəbul etdi. Bu o deməkdir ki, İngiltərə martın 29-da Avropa Birliyindən çıxmayacaqdır.

Avropa Birliyi dünən breksitin şərtli surətdə dayandırılması ilə razılaşdı. İndi son sözü, İngiltərə parlamenti söyləməlidir.

Şərh yaz


Məxfi kod
Yenilə