Cümə, 22 Mart 2019 14:14

Avropa Birliyi brexitin şərti təxiri ilə razılaşıb

Avropa Birliyi brexitin şərti təxiri ilə razılaşıb

Avropa Birliyinin başçıları Londonun xahişinə əsasən, breksitin qısa müddətə, özü də şərti surətdə təxirə salınması ilə razılaşıblar.

Dörd saata yaxın bəhs və araşdırmadan sonra əldə olunmuş razılaşmaya əsasən, İngiltərə hökuməitnin bu ölkənin Avropa Birliyindən çıxma tərzi barədəki layihəsi gələn həftə həmn ölkənin parlamentində qəbul olunarsa, İngiltərənin Avropa Birliyindən çıxması üçün nəzərdə tutulmuş tarix mayın 22-dək təxirə salınacaqdır.

Əks halda, İngiltərə aprelin 12-dək breksitin gələcəyi barədəki proqramını Avropa Birliyinin nəzərinə çatdırmaq fürsətinə malik olacaqdır.

Breksitin təxirə salınması üstündəki əsas fikir ayrılığı Avropa Parlamentinin mayın 23-də keçiriləcək seçkilərilə bağlıdır.

İngiltərə hökumətinin Avropa Parlamentinin seçkilərində iştiraka maraq göstərməməsinə əsasən, Avropa Birliyi də bu ölkənin üzvlüyünün seçkilərin tarixindən sonrayadək davam etməsini qəbul etmir. Yalnız İngiltərənin bu seçkilərdə iştirak edəcəyi təqdirdə Avropa Birliyinin mövqeyi dəyişə bilər.

İngiltərə parlamenti martın 14-də 202 əleyhinə səs qarşılığında 412 lehinə səslə breksitin təxirə salınması barədə qərar qəbul etdi. Bu o deməkdir ki, İngiltərə martın 29-da Avropa Birliyindən çıxmayacaqdır.

Şərh yaz


Məxfi kod
Yenilə