Cümə, 22 Mart 2019 12:43

AB sionist rejimin Qolan yüksəkliklərinə hakimiyyətinə qarşı çıxıb

AB sionist rejimin Qolan yüksəkliklərinə hakimiyyətinə qarşı çıxıb

Avropa Birliyi Amerika ilə aşkar qarşıdurmada bildirib ki, sionist rejimin Qolan yüksəkliklərinə hakimiyyətini rəsmi şəkildə tanımır.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerinin sözçüsü Maya Kosiyanciç ABŞ prezidenti Donald Trampın sözləri ilə müxalifətdə bildirib: Avropa Birliyinin Qolan yüksəkliklərinin haraya aid olmasına dair mövqeyi dəyişməyibdir.

Kosiyanciç əlavə edib: Beynəlxalq hüquq normalarına əsasən, Avropa Birliyi sionist rejimin 1967-ci ildə işğal etdiyi ərazilərə, o sıradan Qolan yüksəkliklərinə hakimiyyətini rəsmi şəkildə tanımır və onu bu rejim ərazisinin bir hissəsi hesab etmir.

Amerika prezidenti martın 21-də təhrikedici bir ifadədə bildirdi ki, 52 ildən sonra Amerikanın sionist rejimin Suriyanın işğal olunmuş Qolan yüksəkliklərinə hakimiyyətini tam və rəsmi şəkildə tanımasının vaxtı gəlib çatıbdır.

Bu ifadə və münasibət Avropa Birliyindən əlavə, Türkiyə və Rusiyanın da müxalifəti ilə üzləşibdir.

Qolan yüksəklikləri Suriyanın cənub-qərbində yerləşən Qunəytrə vilayətinin tərkib hissəsi olan dağlıq bir məntəqədir.

Sionist rejim 1967-ci ildə Suriya ərazisinin bu məntəqəsinin böyük bir hissəsini öz işğalı altına aldı və o zamandan bəri bu barədə BMT tərəfindən müxtəlif qətnamələrin qəbul olunmasına rəğmən, həmin məntəqəni Suriya hökumətinə qaytarmaqdan boyun qaçırır.

Şərh yaz


Məxfi kod
Yenilə