Cümə axşamı, 21 Mart 2019 12:37

İtaliyalı sürücü uşaqları daşıyan avtobusu yandırıb

İtaliyalı sürücü uşaqları daşıyan avtobusu yandırıb

Dünən İtaliyada bir avtobus sürücüsü, içində əllidən çox məktəbli uşaq olan öz avtobusunu yandırıb.

İtaliyalı mənbələr bildiriblər ki, bu ölkənin polis qüvvələri uşaqları xilas və sürücünü həbs edə biliblər.

Seneqal əslli olan 47 yaşlı avtobus sürücüsü öz avtobusunu afrikalı mühacirlərin Aralıq dənizində batmalarına etiraz olaraq yandırdığını bildiribdir.

Müşahidəçilər bildiriblər ki, bu sürücü « Aralıq dənizindəki ölüm hallarının qarşısını alın!» fəryadı edirmiş.

Uşaqlardan biri müxbirlərə deyibdir ki, sürücü onları, üzərlərinə benzin tökərək yandırmaqla hədələyirmiş.

Bu uşaq söyləyib ki, avtobus sürücüsü onlara Afrikada insanların öldüklərini deyirmiş.

Uşaqlardan on iki nəfəri xəstəxanaya köçürülüb. Buna səbəb, səthi yaralar, tüstü ilə tənəffüs və ya əsəb şoku olubdur.

Şərh yaz


Məxfi kod
Yenilə