Bazar ertəsi, 18 Mart 2019 20:54

ABŞ-dakı atışmalarda 79 nəfər ölüb və yaralanıb

ABŞ-dakı atışmalarda 79 nəfər ölüb və yaralanıb

Ötən bir sutka ərzində Amerikada 69 atışma halı nəticəsində azı 20 nəfər ölüb, 59 nəfər də yaralanıbdır.

Amerikada silahlı zorakılıqların sayının qeydə alınması mərkəzinin məlumatına görə, bu atışmalar Kaliforniya, Yota, Florida, Texas, Missuri, Pensilvaniya, Vaşinqton, Nyu-York, Corciya, Kolorado və Nevada ştatlarında baş veribdir.

Amerikada silahlı zorakılıqların sayının qeydə alınması mərkəzi həmçinin şənbədən bazar gününədək olan 24 saat ərzindəki atışmaların yekun statistikasını 35 ölü və 75 yaralı ilə 103 hal elan edibdir.

Bu əsasda ötən iki sutka ərzində Amerikanın müxtəlif ştatlarında 172 halda atışma məlumat verilibdir ki, nəticədə 65 nəfər ölüb, 134 nəfər də yaralanıbdır.

Hər il Amerikanın müxtəlif nöqtələrində odlu silahla atışma nəticəsində minlərlə nəfər ölür və ya yaralanır.

Şərh yaz


Məxfi kod
Yenilə