Çərşənbə, 20 Fevral 2019 18:56

BMT: On milyon yəmənli qıtlıq təhlükəsi qarşısındadır

BMT: On milyon yəmənli qıtlıq təhlükəsi qarşısındadır

BMT baş katibinin humanitar məsələlər üzrə müavini dünən Təhlükəsizlik Şurasının Yəmən barədəki iclasında bu ölkədəki insan durumunu faciəli adlandırıb və bildirib ki, on milyon yəmənli qıtlıq təhlükəsi qarşısındadır.

Mark Lokok əlavə edib: Hazırda 20 milyon yəmənlinin də qidaya zəruri ehtiyacı vardır.

Lokok belə qeyd edib: Yəməndə yeməyin qiyməti bu ölkənin milli pulunun dollar qarşısındakı dəyərinin azalmasına görə, son dərəcə artıbdır.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya da bu iclasda bildirib ki, milyonlarla yəmənli acdır; onlar dərman almaq və lazımi xiddmətdən yararlanmaq imkanına malik deyillər. O, qeyd edib ki, Yəmənin ümumi infrastrukturları dağılıbdır.

Nebenzya əlavə edib: Yəmənin dağılmış iqtisadiyyatının bərpa xərci əsaslı şəkildə artmaqdadır.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Yəmən böhranının siyasi həllini istəyib. O, deyib: Regionun bütün aparıcı ölkələri , o cümlədən Fars Körfəzi ölkələri və İran belə bir prosesdə iştirak etməlidirlər.

İran İslam Respublikası regionun təsiredici ölkələrindən biri kimi daim Yəmən daxil olmaqla Yaxın Şərq böhranlarının həllini istəyibdir.

Ərəbistan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martından Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on altı mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.

Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.

Şərh yaz


Məxfi kod
Yenilə