Çərşənbə, 20 Fevral 2019 18:05

İordaniya parlamenti sionist rejim səfirinin Əmmandan qovulması ilə razılaşıb

İordaniya parlamenti sionist rejim səfirinin Əmmandan qovulması ilə razılaşıb

İordaniya parlamenti sionist rejimin Məsciduləqsada və işğal olunmuş Fələstin məntəqələrindəki təcavüzkar hərəkətlərinə etiraz olaraq, bu parlamentdəki Fələstin komissiyasının sionist rejim səfirinin Əmmandan qovulması barədəki tələbi ilə razılaşıb.

İordaniya parlamentində Fələstin komissiyasının sədri Yəhya Əlsəud dünən İordaniya dövlətindən sionist rejim səfirinin Əmmandan qovulmasını və İordaniya səfirinin Təl-Əvivdən geri çağırılmasını istəmişdi.

İordaniya parlamentində Fələstin komissiyasının sədri həmçinin bütün ərəb və islami parlamentlərdən, eləcə də regional dairələrdən istəyibdir ki, Məsciduləqsanın zaman və məkan cəhətdən bölünməsi məqsədilə görülən tədbirlərlə mübarizə aparsınlar.

Bundan öncə də İordaniyanın vəqflər və islami müqəddəslər məsələləri naziri Əbdulnasir Əbulbəsəl sionist rejimin Məsciduləqsanın qapılarını bağlamaq üzrə hərəkətlərinin təhlükəli nəticələri barədə xəbərdarlıq etmiş və müsəlmanların ilk qibləsinin müdafiəsi üçün boş əllə müqavimət göstərən bu məscidin xüddamları və vəqf işçilərinin həbs olunmalarını pisləmişdi.

Sionist rejim ötən bazar ertəsi günü bir daha Məsciduləqsa-nın darvazalarından olan Babulrəhməni fələstinli namazqılanların üzünə bağladı.

Şərh yaz


Məxfi kod
Yenilə