Bazar ertəsi, 18 Fevral 2019 19:25

Riyabkov: Biz İranla eyni sırada hərəkət edəcəyik

Riyabkov: Biz İranla eyni sırada hərəkət edəcəyik

Riyabkov: Biz İranla eyni sırada hərəkət edəcəyik

İran ilə Rusiya arasında ixtilaf salmaq və bunun üçün müəyyən bəhanələr tapmaq cəhdləri davam edir. Mənim CNN ilə müsahibəmdən yanlış anlayış bu cəhdlərin bir nümunəsidir və şübhə etmirəm ki, bu kimi cəhdlər bundan sonra da davam edəcək. \

Mən CNN telekanalına İran ilə Rusiya əlaqələrinin müttəfiqlik xarakteri daşımasına dair verilən suala cavabda dedim ki, mən belə bir ifadə işlətməkdən ehtiyatlanıram və bunun səbəbini də izah edirəm. 

İki ölkənin müttəfiqlik əlaqələrindən danışırıqsa ilk öncə ortada hərbi yardım və digər sahələrdə yardım müqavilələri olmalıdır, bizim aramızda bu yoxdur. Buna görə də belə bir öhdəlik yaradan termindən istifadəni düzgün hesab etmirəm. 

Bütün bunları söylədikən sonra bir daha vurğulayıram ki, bunlar İran İslam Respublikası ilə Rusiya arasında çox şaxəli, son dərəcə sıx və səmərəli olan müsbət istiqamətdə gedən əməkdaşlıqları kölgəyə sala bilməz. Bizim tərəfimizdən belə bir şey ola bilməz də. 

Önəmli olan bizim əl-ələ verərək Suriyada durumu adiləşdirmək missiyamızı yerinə yetirməyimizdir. Bir daha vurğulayıram ki, biz İranla eyni sırada hərəkət edirik. 

CNN telekanalı Sergey Riyabkovun sözlərini təhrif edərək onun dilindən bildirmişdi ki, İran ilə Rusiya Suriyada sadəcə əməkdaşlıq edir və müttəfiq deyillər. 

       

Şərh yaz


Məxfi kod
Yenilə