Bazar, 17 Fevral 2019 12:09

Fransa etirazları 14-cü həftəyə daxil olub

Fransa etirazları 14-cü həftəyə daxil olub

“Sarı gödəkçəlilər” hərəkatının tərəfdarları 14-cü həftə dalabdal Parisdə və Fransanın digər şəhərlərində aksiya keçiriblər.

“Sarı gödəkçəlilər” anti-kapitalizm hərəkatının tərəfdarlarından yüzlərlə nəfər bu hərəkatın başlanmasından üç həftə keçəndən sonra dünən də Parisin Şanzelize prospektində aksiya keçirib.

Aksiya iştirakçıları Fransanın prezidenti Emmanuel Makronun və bu ölkənin daxili işlər naziri Kristof Kastanerin istefa vermələrini tələb ediblər.

“Sarı jiletlilər” hərəkatının tərəfdarları öncəki həftələrdə olduğu kimi Fransanın şimal-şərqində yerləşən “Mört və Mozel” şəhərinin bir neçə məntəqəsində kəsişmə nöqtələrində duraraq, gediş-gəliş yollarını bağlayıblar.

Digər aksiyalar da Fransanın cənub-qərbində yerləşən Bordo və Tuluza, həmçinin şərqində yerləşən Strasburq şəhərində, eləcə də Marsel, Lion, Nant və Lil şəhərlərində keçirilib.

Fransanın müxtəlif şəhərləri 2018-ci il noyabr ayının ortalarından bəri polis qüvvələri ilə etirazçılar arasında sərt döyüş səhnələridirlər.

Etirazlar öncə dövlətin xüsusən yanacaq və vergi sahələrindəki iqtisadi siyasətlərinə reaksiyada başlandı, amma sürətlə siyasi mahiyyət kəsb etdi.

 

Şərh yaz


Məxfi kod
Yenilə