Çərşənbə, 13 Fevral 2019 20:06

Venesuelada insan böhranı yoxdur

Venesuelada insan böhranı yoxdur

Venesuelanın xarici işlər naziri BMT baş katibi ilə görüşdə vurğulayıb ki, bu ölkədə heç bir insan böhranı yoxdur.

Bu ayda ikinci dəfə olaraq BMT-nin baş katibi Antonio Quterreş ilə görüşən Venesuelanın xarici işlər naziri Xorxe Areaza dünən BMT iqamətgahında keçirdiyi mətbuat konfransında sonra bu təşkilat ilə həmkarlığın artırılmasını istəyib.

Areaza daha sonra bildirib ki, Venesuela iqtisadiyyatı məhdud və müsadirə edilibdir. O, əlavə edib: Sizi gücdən istifadə, hərbi işğal və bank hesablarının dondurulması ilə hədələyən və digər ölkələrə də belə göstərişlər verən bir dövlət doğrudanmı sizə humanitar yardım göstərmək niyyətindədir? 

Venesuelanın xarici işlər naziri həmçinin Venesuela-BMT əməkdaşlığının gücləndirilməsi barədə BMT-nin baş katibi Antonio Quterreş ilə məşvərətindən xəbər verib, amma onun detallarına işarə etməyibdir. Venesuela dövləti dünən Karakasda məktəblilərin qida ilə təmin olunmaları barədə BMT-nin YUNİSEF və Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə iki müqavilə imzalayıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə