Çərşənbə, 13 Fevral 2019 12:57

İtaliyanın baş naziri Avropa Birliyinin iqtisadi siyastələrini tənqid edib

İtaliyanın baş naziri Avropa Birliyinin iqtisadi siyastələrini tənqid edib

İtaliyanın baş naziri bu ölkənin iqtisadi inkişaf barədəki tələbləri qarşısında Avropa Birliyinin daha artıq yumşaqlıq göstərməsini istəyib.

Cüzeppe Konte dünən Avropa Parlamentində deyib ki, Avropa Birliyinin sərt iqtisadi siyasətləri bu birlikdə parçalanmaya səbəb olubdur.

İtaliyanın baş naziri bir daha Romanın Brüsselin Avropa Birliyinin bank qaydaları, ümumi borc məsələsi və avro məntəqəsinin büdcə qaydalarında daha artıq yumşaqlıq göstərməsinə dair öncəki tələblərinə təkid edibdir.

Avropa Birliyinin gələcəyi haqda danışan Konte bu birlikdən dəniz vasitəsilə Avropaya gələn mühacirlər məsələsi barədəki qədim bəhslərə son qoyması və onun yerinə, beynəlxalq məsələlərdə daha qüdrətli rol oynamasını istəyibdir.

İtaliyanın baş naziri eyni zamanda deyib ki, Roma hələ də Avropa inteqrasiyasına sadiqdir.

İtaliyada sağçı dövlətin hakimiyyətə gəlməsi bu ölkənin 2019-cu il büdcəsi və Aralıq dənizi sahillərində mühacirlərin qəbul edilmələri kimi məsələlər üstündə ciddi Roma-Brüssel ixtilafına səbəb olubdur.

   

Şərh yaz


Məxfi kod
Yenilə