Cümə, 08 Fevral 2019 14:46

Maduro: ABŞ Venesuelanı qarışdırmağa çalışır

Maduro: ABŞ Venesuelanı qarışdırmağa çalışır

Venesuela prezidenti Vaşinqtonun ölkəsini qarışdırmağa çalışdığını amma, buna nail ola bilməyəcəyini deyib.

Fars xəbər agentliyinin bildirdiyinə görə, Nikolas Maduro cümə günü ABŞ-ın Venesuelanın daxili məsələlərinə müdaxilələrinə reaksiya olaraq, deyib: Vaşinqton başçıları humanitar yardımların göndərilməsindən bir təzyiq vasitəsi kimi istifadə edərək, Venesuelanın müstəqiliyi və milli hakimiyyət haqqına zərbə vurmağa çalışırlar. 

Venesuela prezidenti həmçinin, ölkədəki siyasi böhranın cilovlanması üçün vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi ilə razılaşıb. 

Maduro daha sonra, Karakas hökumətinin hazırkı siyasi böhranın sonlandırılması üçün "Montevideo" və ya istənilən digər dialoq təşəbbüsünü dəstəkləməyə hazır olduğunu deyib. 

Şərh yaz


Məxfi kod
Yenilə