Şənbə, 19 Yanvar 2019 17:13

Bütün təbəqələrin iştirakı ilə Suriya böhranının siyasi həll yolu

Bütün təbəqələrin iştirakı ilə Suriya böhranının siyasi həll yolu

BMT baş katibi: Suriya xalqının bütün təbəqələrinin qəbul edəcəkləri siyasi həll yolu yaradılmadan Suriyada heç bir siyasi həll yolunun uğur qazanması imkanı yoxdur.

Antonio Quterreş dünən Nyu-Yorkda keçirdiyi mətbuat konfransında Suriya hadisələri barədə belə deyib: Suriya böhranındakı üç əsas və vacib elementin mövcudluğuna təkid etməliyik.

Birincisi, Suriyanın istiqlaliyyəti və ərazi bütövlüyünün qorunması.İkincisi, Suriya ilə qonşu olan ölkələrin təhlükəsizliklərinin qorunması. Üçüncüsü, Suriya xalqının bütün təbəqələrinin hüquqlarının rəsmi şəkildə tanınması.

Suriya xalqının bütün təbəqələrinin qəbul edəcəkləri siyasi həll yolu yaradılmadan Suriyada heç bir siyasi həll yolunun uğur qazanması imkanı yoxdur.

Şərh yaz


Məxfi kod
Yenilə