Şənbə, 19 Yanvar 2019 16:13

İngiltərə İslami İnsan Haqları Komissiyası Mərziyyə Haşimiyə simvolik dəstək nümayiş etdirib

İngiltərə İslami İnsan Haqları Komissiyası Mərziyyə Haşimiyə simvolik dəstək nümayiş etdirib

İngiltərə İslami İnsan Haqları Komissiyası Press TV aparıcısının qanunsuz həbsinə etiraz olaraq, BBC-nin Londondakı binasının fasadı üzərində saçan işıq formasında yazılı şüarlar nümayiş etdiribdir.

İngiltərə İslami İnsan Haqları Komissiyası dünən axşamçağı bu simvolik hərəkətdə Amerika dövlətinə etiraz edərək, Qərbin sözdə insan haqları orqanları və BBC xəbər mərkəzi xüsusiyyət təşkil etməklə Qərb medialarının Press TV kanalının aparıcısı və müxbirinin həbs olunması qarşısında susmalarını tənqid edib və onun Qərbin iddia etdiyi demokratiya prinsipləri və insan dəyərlərinə zidd olduğunu bildirib.

İngiltərə İslami İnsan Haqları Komissiyası bu nursaçmada "Mərziyyəni azad edin!", "Niyə susursuz?", "Bizim açıqlama zalımların qəddarlığına səbəb oldu!" və sair şüarlar yayıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə