Cümə axşamı, 17 Yanvar 2019 16:08

Britaniya parlamenti Tereza Meyin impiçment edilməsinə qarşı çıxdı

Britaniya parlamenti Tereza Meyin impiçment edilməsinə qarşı çıxdı

Britaniya parlamentinin üzvləri baş nazir Tereza Meyin mühafizəkar hökumətinin impiçment edilməsi layihəsini dəstəkləməyiblər.

İRNA-nın məlumatına görə, Tereza Meyin impiçment edilməsi istəyi Britaniyanın Avropa Birliyindən çıxmasına dair "Brexit" anlaşmasının iflasa uğramasının ardınca Leyboristlər partiyasının sədri Ceremi Korbin tərəfindən irəli sürülmüşdü. 

Tereza Meyin impiçment edilməsinə dair səsvermə "Brexit" anlaşmasının Britaniya parlamenti tərəfindən rədd edilməsindən bir gün sonra keçirilib. 

Britaniyanın baş naziri parlamentin etimad rəyini əldə etdikdən sonra bir daha Avropa Birliyindən çıxmağa dair xalq tərəfindən referendumda verilən qərarı icra etməyə çalışacağını deyib. 

Tereza Mey həmçinin, müxalifətdə olan siyasi cərəyanların başçılarını təkbətək görüşə dəvət edib. 

Britaniya parlamenti çərşənbə axşamı 432 əleyhinə və 202 lehinə səslə "Brexit" anlaşmasını rədd etdi. 

"Brexit" anlaşması London hökuməti və Brüssel arasında əldə edilmiş anlaşmadır. Bu anlaşma Britaniyanın Avropa Birliyindən çıxmasına dair mexanizmi müəyyən edir. 

Britaniya 29 mart tarixinə kimi Avropa Birliyindən çıxmalıdır. Amma, Britaniyanın hazırkı qalmaqallı siyasi durumunda Tereza Mey yenidən Avropa Birliyi ilə müzakirə aparmaqdan başqa çıxış  yoluna malik deyil. 

Tereza Meyin öz vəzifəsində qalması ilə O, qarşıdan gələn günlər ərzində Brüssel ilə aparacağı danışıqların ardınca bir daha "Brexit" layihəsini parlamentə təqdim edəcək. Amma, Avropa Birliyi hələ ki, "Brexit" anlaşmasına dəyişikliyin edilməsinə hazır olmasına dair hansısa siqnal verməyib. 

Şərh yaz


Məxfi kod
Yenilə