Şənbə, 12 Yanvar 2019 17:58

Fransızların 62 faizi “Sarı jiletlilər” hərəkatına dəstək verir

Fransızların 62 faizi “Sarı jiletlilər” hərəkatına dəstək verir

Dünən yayımlanan Sevipof müəssisəsinin son rəysorğularının nəticələrinə görə, Fransada əhalinin 62 faizi “Sarı jiletlilər” hərəkatına dəstək verir.

İRİB-in verdiyi məlumata görə, rəysorğusunda iştirak edənlərin 72 faizi bildirib ki, bu hərəkat fransızların bir çox tələblərini səsləndirib. 

Dekabrın axırlarında aparılan rəysorğusunda fransızların 60 faizi bu hərəkata dəstək verdiyini bildirmişdi. 

2018-ci il 17 noyabrdan Fransa hökumətin siyasətlərinə qarşı etiraz aksiyalarının şahididir. 

Aksiyalar ilk öncə Fransa prezidenti Emanuel Makronun xüsusiylə yanacaq və vergilər üzrə siyasətlərini hədəfə alırdı amma sürətlə siyasiləşdi. 

Fransalı etirazçılar özlərini “Sarı jiletlilər” adlandırırlar və Makronun siyasətlərinin vətəndaşlara təzyiqləri artırdığını bildirir onun hakimiyyətdən uzaqlaşmasını tələb edirlər. 

Şərh yaz


Məxfi kod
Yenilə