Şənbə, 12 Yanvar 2019 11:33

42-ci "Qayıdış haqqı" yürüşlərində bir fələstinli şəhid olub

42-ci "Qayıdış haqqı" yürüşlərində bir fələstinli şəhid olub

Dünən " müqavimət və sarsılmazlıq mühasirəni yaracaq" şüarı ilə keçirilən 42-ci "Qayıdış haqqı" yürüşlərində bir fələstinli şəhid olub onlarla fələstinli yaralanıb.

Fələstin Səhiyyə Nazirliyi bildirib ki, dünənki yürüşlərdə bir fələstinli qadın sionist rejim hərbçilərinin atəşi nəticəsində şəhid olub və onlara fələstinli yürüş iştirakçısı yaralanıb. 

Əl-Aləm telekanalı dünənki qayıdış haqqı yürüşlərində fələstinli qadınların geniş iştirakından və bir gənc fələstinli qızın Fələstin bayrağını işğal olunmuş ərazilər ətrafına çəkilmiş dikanlı məftillərin üstünə taxmasından xəbər verib. 

Fələstinlilərn qayıdış haqqı yürüşləri 2018-ci il 30 martdan sionist reimin işğalçılığına son qoyulması və Qəzzə zolağının mühasirəsinin yarılması məqsədi ilə başlanıb və indiyədək bu yürüşlərdə 255 fələstinli sionist rejim hərbçilərinin atəşi nəticəsində şəhid olub və ən azı 26 min fələstinli yaralanıb.

Şərh yaz


Məxfi kod
Yenilə