Çərşənbə axşamı, 08 Yanvar 2019 17:05

Şimali Koreyanın rəhbəri Çinə səfər edib

Şimali Koreyanın rəhbəri Çinə səfər edib

Şimali Koreyanın rəhbəri Kim Çen İn bu gün çərşənbə axşamı səhər Çin Xalq Respublikası prezidenti Şi Cin Pinq ilə görüşüb, danışıqlar aparmaq üçün qatar ilə Pekinə səfər edib.

İRİB-nin verdiyi məlumata görə, Kim Çen İn Çin prezidentinin rəsmi dəvəti əsasında bu ölkəyə səfər edib. 

Bu, Kim Çen İnin Pekinə olan dördüncü səfəridir. 

Şimali Koreyanın rəsmi xəbər agentliyinin bildirdiyinə görə, Kim Çen İnin Pekinə olan səfəri 3 gün davam edəcək. 

Şimali Koreyanın rəhbəri 2018-ci ildə 3 dəfə Çinə səfər edərək və bu ölkə prezidenti ilə görüşərək, ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair danışıqlar aparıb. 

Çin Şimali Koreyanın başlıca müttəfiqi və əsas ticarət şəriki sayılır. 

Mediaların bildirdiklərinə görə, Şimali Koreya rəhbərinin ABŞ prezidenti Donald Tramp ilə ikinci görüşə hazırlaşmasını nəzərə alaraq, Kim Çen İnin Pekinə olan dördüncü səfəri bu görüş ilə bağlı Pxenyan və Pekin arasında koordinasiyanın yaradılması məqsədinə malikdir. 

Şərh yaz


Məxfi kod
Yenilə