Çərşənbə axşamı, 08 Yanvar 2019 16:34

Fransanın baş naziri: Qanunsuz aksiyalar ilə qanun əsasında rəftar ediləcək

Fransanın baş naziri: Qanunsuz aksiyalar ilə qanun əsasında rəftar ediləcək

Fransanın baş naziri bazar ertəsi günü axşam xəbərdarlıq edərək, deyib: Dövlət qanunsuz aksiyalar ilə ciddi rəftar edəcək.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Eduard Filip narazı kütlə ilə mübarizənin gücləndirilməsi üçün təhlükəsizlik sisteminin möhkəmləndirilməsindən xəbər verib və deyib: Dövlət "iğtişaşçılar" üçün ağır cəzalar nəzərdə tutub. 

2018-ci ilin sonlarında Fransada çıxan iğtişaşlar zamanı 10 nəfər həlak olmuş, 8 mindən çox insan isə yaralanmışdı. Bu etiraz aksiyaları zamanı saxlanılan minlərlə nəfərin taleyinə isə hələ ki aydınlıq gətirilməyib. 

Fransa 17 noyabr 2018-ci il tarixindən başlayaraq hökumət əleyhinə xalq etirazlarının şahididir. 

İlk olaraq prezident Emanuel Makronun yanacaq üçün əlavə vergilərin təyin edilməsinə dair qərarına qarşı başlanan etirazlar sürətlə bütün ölkəni bürüdü və etirazlar yanacaq üçün əlavə vergi ilə məhdudlaşmayaraq, hökumətin bütün siyasətlərini əhatə etməyə başladı. 

Narazı kütlə zəif təbəqəyə artan təzyiqlərə görə Makronun məsuliyyət daşıdığını bildirərək, onun hakimiyyətdən getməsini istəyir. 

"Odoksa" müəssisəsi tərəfindən aparılan rəy sorğusuna əsasən Fransa əhalisnin 75%-i Makronun siyasətlərindən narazıdır. 

Şərh yaz


Məxfi kod
Yenilə