Çərşənbə axşamı, 08 Yanvar 2019 13:04

Roma papası xəbərdarlıq etdi

Roma papası xəbərdarlıq etdi

Dünya katoliklərinin dini lideri Papa Fransis dünya müharibəsi ehtimalı haqda xəbərdarlıq etdi.

İRNA-nın məlumatına görə, Roma papası yeni milad ili münasibəti ilə xarici ölkələrin Vatikandakı səfirləri ilə görüşdə dünyanın müxtəlif məntəqələrində gərginliklərin artmasına işarə edərək, deyib: Mövcud vəziyyətin davam etməsi dünyanı üçüncü dünya müharibəsinə sürükləyir. 

Papa Fransis ölkələr arasında dinc və konstruktiv dialoq üçün şəraitin yaradılmasını bir zərurət adlandırıb və deyib: Buna baxmayaraq, milli meyllərin artması beynəlxalq təşkilatların işini təhlükə ilə üzləşdirib. 

Roma papası daha sonra immiqrantların qəbul olunduqları ölkələrdə cəmiyyət tərəfindən qəbul edilməsi üçün tədbirlərin görülməsinə təkid edərək deyib: Bu insanların öz ölkələri və ailələrini tərk etməyə məcbur olmamaları üçün işlər görmək lazımdır. Və ya bu insanların tam təhlükəsiz şəraitdə və hörmətlə, insan haqları prinsipləri əsasında öz ölkələrinə qayıtmalarına şərait yaradılmalıdır. 

Şərh yaz


Məxfi kod
Yenilə