Bazar ertəsi, 07 Yanvar 2019 21:51

Afrika Birliyi Qabondakı uğursuz çevrilişi pisləyib

Afrika Birliyi Qabondakı uğursuz çevrilişi pisləyib

Afrika Birliyi Komissiyasının sədri Qabondakı uğursuz hərbi çevrilişi pisləyib.

Afrika Birliyi Komissiyasının sədri Moussa Faki bu gün özünün twitter-dəki rəsmi səhifəsində yazıb: Afrika Birliyi ölkələrin əsas qanunları çərçivəsindən kənar hər cür dəyişikliklə müxalifdir.

Qabon hökuməti bildirib ki, asayiş ölkəyə qayıdıb və milli radio binasına hücum etmiş beş hərbçidən dördü həbs olunub, başqa bir nəfər də fəraridir.

Qabon hərbçilərindən bir qrupu bu gün səhər bu ölkənin milli radiosunun nəzarətini ələ alaraq, bildirdi ki, tezliklə ölkənin idarəsi üçün bir şura təşkil edəcək.

Qabon prezidenti Əli Bonqo bir iqtisadi konfransda iştirak məqsədilə Ərəbistana getdi və sonra yoxa çıxdı.

Mərakeş hökuməti son zamanlar bir məlumat yayaraq, iddia etmişdi ki, Qabon prezidenti müalicə üçün bu ölkədədir.

Şərh yaz


Məxfi kod
Yenilə