Bazar ertəsi, 07 Yanvar 2019 19:58

"Qərbi Asiyada müdafiə və təhlükəsizlik" konfransı

"Qərbi Asiyada müdafiə və təhlükəsizlik" konfransı

Region ölkələri tərəfindən kollektiv təhlükəsizlik, ölkələrin parçalanması və sərhədlərin dəyişdirilməsinin qarşısının alınması və regiondankənar qüvvələrin iştirakı ilə ciddi müxalifət, İran İslam Respublikasının regiondakı üç sabit siyasətidir.

Yeni milad ilində bu beynəlxalq konfrans elə bir halda keçirilir ki, dünya öz həyatının yeni dövründə Asiyanın kədərli və qanlı hadisələrinin səkkizinci ilinin şahididir.

Şəmxani:

Amerikanın başçılığı altında terrorizmlə mübarizə adlı yalançı və uğursuz qalmış koalisiya məğlubiyyətə uğrayıbdır. Planları uğursuz qaldığına və İŞİD-in istehlak müddətinin bitdiyinə görə, Suriyadan çxmaq qərarına gəliblər. Amerikanın müxtəlif rəsmilərinin İŞİD-i yaratmaları barədəki birbaşa etirafları region ölkələrinin və xalqların daha artıq oyanışı və sayıqlığına səbəb olmalıdır. Mənim Əfqanıstana son səfərimdə iki vasitə ilə Amerikanın müzakirə üzrə xahişi irəli sürüldü və açıq şəkildə onlara elan olundu ki, İran rəsmilərindən heç biri əhd pozanlar və etimadedilməz dövlətlərlə müzakirə aparmayacaqdır.

İran, Rusiya və Suriya arasında strateji birlik regionda və bəlkə də dünyada terrorizmlə mübarizə meydanında uğurlu bir təcrübə olacaqdır.

Briqada generalı Hatəmi:

Bir əsrdən çox bir müddətdə Qərbi Asiyanın təhlükəsizlik hadisələrinin nəzərdən keçirilməsi bizə öyrədir ki, Qərbin müstəmləkəçilik və imperialist tamahkarlığı region hadisələrinin formalaşması prosesində mühüm bir komponent olubdur. Biz bu qənaətdəyik ki, hazırkı zamanda bu region öz həyatının ən həssas dövrünü yaşayır. Gələcək illərin taleyi və hadisələrini yazacaq qızıl bir dövrü. Bizim regionun xalqları sülhün real qalibləridirlər.

 General Hatəmi amerikalı qüvvələrin İraq, Suriya və Əfqanıstandan çıxmaları barədə onlara tövsiyə edibdir ki, öz maraqları və təhlükəsizliklərinin təmini üzrə yeganə yol, Qərbi Asiya bölgəsi xalqlarının istəklərinə, təbii qüvvələrinə və yerli mahiyyətinə əsasən, bu bölgənin özünə qayıdışının sürətlənməsinə köməkdir.

Briqada generalı Hatəmi:

Biz heç bir regional hərbi rəqabət və heç bir ölkə ilə müvazinət yaratmaq ardınca deyilik və müvazinətçiliyi icbari imperialist variant hesab edirik. Bizim təklif etdiyimiz meyar, müqəddəs İslam dininin təlimləri və qardaşlıq əsasında iştiraka söykənən bir modeldir. Necə ki, terrorizmlə qətiyyətli mübarizədə son illərdə regiondakı qardaşlarımıza köməkdə onların kənarında olduq. Bizim müdafiə qüdrətimiz müsəlman qardaşlarımıza aiddir.

İran İslam Respublikasının region olaylarındakı müsbət roluna təkid, həmçinin İranın region ölkələrinin inteqrasiyasında mehvər olması “Qərbi Asiyada müdafiə və təhlükəsizlik” konfransında iştirak edən müdafiə və təhlükəsizlik rəsmiləri və xarici iştirakçıların bəhslərindən olubdur

Şərh yaz


Məxfi kod
Yenilə