Bazar ertəsi, 07 Yanvar 2019 16:55

Meksikada hökumətin mühacirət siyasətlərinə qarşı aksiya keçirilib

Meksikada hökumətin mühacirət siyasətlərinə qarşı aksiya keçirilib

Meksika vətəndaşları bu ölkə hökumətinin mühacirət siyasətlərinə qarşı aksiya keçiriblər.

Meksika vətəndaşları sərhəd Tixuana şəhərində Meksika prezidenti Andres Manuel Lopes Obradorun bu şəhərə səfəri ərəfəsində aksiya keçirərək, hökumətin mühacirət siyasətlərinə etiraz ediblər.

Etirazçıların bildirdiklərinə görə, Meksika hökuməti Amerikadan sığınacaq almağa çalışan mühacirləri Meksikada qalmağa vadar etməyə səy göstərir.

Belə bir halda, Meksikada sərhəd şəhərlərinin başçıları özlərini Amerikaya çatdırmağa çalışan Mərkəzi Amerikadan olan minlərlə mühaciri idarə etməyə səy göstərirlər.

Meksika prezidentinin imzaladığı bir hökmə əsasən, bu ölkənin sərhəd məntəqələri sakinlərinin Amerikaya mühacirətlərinin həcmini azaltmaq üçün azad məntəqə yaratma, vergi güzəştləri, iş yerlərinin yaradılması və investisiyanın cəzbinə şamil olan inkişaf layihələri icra olunacaq.

Meksika-Amerika sərhədində mühacirət böhranı davam etməkdədir.

Ötən dörd ildə Meksika sərhədindən Amerikaya doğru hərəkət yolunda təqribən dörd min mühacir öz həyatını itirib və ya itkin düşübdür.

Şərh yaz


Məxfi kod
Yenilə