Çərşənbə, 19 Dekabr 2018 13:52

Ermənistanın Respublikaçı Partiyası dağılmaqdadır

Ermənistanın Respublikaçı Partiyası dağılmaqdadır

Ermənistanın Respublikaçılar partiyasının üzvlərinin kollektiv istefasından sonra bu partiya dağılmaq astanasındadır.

Təsnim xəbər agefntliyinin verdiyi məlumata görə, Serj Serkisiyanın başçılıq etdiyi Ermənistanın Respublikaçılar Partiyasının üzvlərindən ibarət bir qrup sabiq baş nazir Karen Karapetiyanın partiyadan istefa verməsinin ardınca dünən öz istefalarını partiyanın rəyasət heyətinə təqdim edib. 

İyunda partiyadan istefa verən Ermənistanın Respublikaçı Partiyasıın birinci sədr müavini Karen Karapetiyan özünün bu hərəkətinin səbəbini keçmiş prezident və baş nazir Serj Serkisiyan eləcə də partiyanın təsisçi üzvlərinin qeyri-münasib rəftarı ilə əlaqələndirib. 

Respublikaçılar partiyası Ermənistanda 9 dekabr parlament seçkilərində səslərin sadəcə 4.7 faizini qazana bildi. 

Ermənistan 8 aydır korrupsiya və ədalətsizliyə qarş xalq etirazlarının şahidi olmuşdur. Bunun nəticəsində Respublikaçılar Partiyasından olan baş nazir istefa verməli oldu və onu hazırkı baş nazir Nikol Paşiniyan əvəz etdi.

Şərh yaz


Məxfi kod
Yenilə