Bazar, 16 Dekabr 2018 23:54

"Brexit" müəmması

"Brexit" müəmması

Britaniyanın Avropa Birliyindən çıxmasına dair tərəflər arasında anlaşmanın əldə olunmaması hər iki tərəfin əsəblərinin tarıma çəkilməsinə səbəb olub. Yaranmış siyasi düyünü açmaq hələ ki, mümkün görünmür.

Avropa Birliyi başçılarının Britaniyanın bu birlikdən çıxmasına dair anlaşmaya dəyişikliyin edilməsi üzrə London tərəfindən gələn təklifə rədd cavabı verməsi Tereza Meyin artan təzyiqlər qarşısında çətin vəziyyətə düşməsinə səbəb olub. Bu arada “Brexit”lə bağlı narazılıqlar və xalq etirazları hər gün daha da genişlənir: “Qənaətimizə görə “Brexit” bizim üçün zərərlidir. Buna görə də yekun anlaşma barədə referendumun keçirilməsini istəyirik.”

Bir başqa aksiya iştirakçısı isə deyir: “Bacım və bir çox yaxınlarım Britaniyadan kənarda yaşayırlar. Britaniyada və ya Avropa Birliyinə üzv digər ölkələrdə  yaşamasından asılı olmayaraq, “Brexit” hamımızın zərərinədir. Referendum zamanı gerçəkliklər xalqdan gizlədilmişdi.”

Xalq ilə yanaşı müxalifətdə olan siyasi partiyalar o cümlədən ana müxalifət hesab olunan Fəhlə Partiyası, Şotlandiya Partiyası, Liberal-Demokrat Partiyası, Yaşıllar Partiyası və Vahid İrlandiya Partiyası hətta, hakim partiyasının bəzi üzvləri baş nazir Tereza Meyin “Brexit”lə bağlı Avropa Birliyi ilə anlaşmasının başdan-ayağa zərər və ziyanla dolu olduğuna inanırlar.  İndi Tereza Mey baş nazirlik postunda qala bilməsi üçün mübarizə aparmaqla yanaşı, Avropa Birliyi ilə anlaşmasını da müdafiə etməlidir.

İndi, yaranmış düyün anlaşma yolu ilə açılmazsa, Britaniyanın anlaşma olmadan Avropa Birliyindən çıxması, yenidən referenduma getmək və vaxtından əvvəl seçkilərin keçirilməsi mümkün olan həll yolları kimi gündəmdə durur. Əlbətt, bu yolların hər birinin özünə görə çətinlikləri də var. 

Şərh yaz


Məxfi kod
Yenilə