Bazar, 16 Dekabr 2018 15:56

Rusiya "İNF"ni müdafiə üzrə BMT-yə qətnamə layihəsi təqdim etdi

Rusiya "İNF"ni müdafiə üzrə BMT-yə qətnamə layihəsi təqdim etdi

Rusiya "Orta mənzilli nüvə raketləri" müqaviləsini dəstəkləyən qətnamə layihəsini BMT-nin Baş Assambleyasına təqdim etdi.

İRİB-nin verdiyi məlumata görə, Rusiyanın BMT-dəki nümayəndəsi bir bəyanat yayaraq, bildirib: "İNF" müqaviləsini tərk etmək dünyanın kütləvi qırğın silahlarından təmizlənməsi və silahlara nəzarət mexanizminin ciddi şəkildə zərbə almasına səbəb olacaq. 

ABŞ prezidenti Donald Tramp 20 oktyabrda hansısa fakt təqdim etmədən, Rusiyanı "İNF" müqaviləsini pozmaqda ittiham edərək, Vaşinqtonun bu anlaşmadan çıxacağını bildirdi. 

Rusiya bundan öncə dəfələrlə qeyd edib ki, ABŞ-ın "İNF" anlaşmasına sadiq qaldığı zamana kimi, Moskva da bu anlaşmaya sadiq qalacaq. 

Şərh yaz


Məxfi kod
Yenilə