Bazar, 16 Dekabr 2018 14:24

200 ölkə Paris iqlim anlaşmasının qorunmasına dair razılığa gəlib

200 ölkə Paris iqlim anlaşmasının qorunmasına dair razılığa gəlib

Təqribən 200 ölkənin nümayəndəsi Polşanın Katovis şəhərində təqribən 2 həftə davam edən müzakirələrin sonunda Paris iqlim anlaşmasının icra mexanizmi barədə razılığa gəliblər.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, BMT-nin Polşada keçirilən İqlim Konfransında iştirak edən ölkələr istixana qazlarının artmasını önləmək üçün bir sıra standartlar hazırlayıblar. 

Bu sənəd dünya ölkələrindən 2020-ci ilə kimi istixana qazlarının həcminin azaldılması üzrə daha artıq səy və təlaş göstərmələrini istəyir. 

ABŞ hökuməti Paris iqlim anlaşmasını zəiflətmək üçün maneəçilik törətməsinə baxmayaraq, sonda əldə edilmiş razılaşmanı dəstəkləyib. 

İstixana qazlarının dünya səviyyəsində ən böyük istehsalçısı olan Amerika Donald Trampın prezidentliyi dövründə Paris iqlim anlaşmasından çıxdı. Amma, Paris iqlim anlaşmasına əsasən ABŞ 2020-ci ilə kimi bu anlaşmadan çıxa bilməz. Buna görə də ABŞ da Polşa iclasında iştirak edib. 

Paris iqlim anlaşması BMT-nin uzun sürən səylərinin ardınca 2015-ci ilin dekabrında 195 ölkə tərəfindən imzalanıb. Bu anlaşma sənədi 2016-cı ildən icraya qoyulub. 

Bu anlaşma Yer kürəsinin temperaturunun 2 dərəcədən daha çox istiləşməsini önləmək məqsədilə icraya qoyulub. 

Şərh yaz


Məxfi kod
Yenilə