Şənbə, 15 Dekabr 2018 11:47

Yaponiyada anti-Amerika aksiyaları

Yaponiyada anti-Amerika aksiyaları

Okinava vilayətinin sakinləri Amerikanın hərbi bazasının bu vilayətdə yerləşməsinə qarşı etiraz ediblər.

Yaponiya telekanalının verdiyi məlumata görə, Okinava sakinləri dünən ABŞ-a qarşı aksiya keçirərək bu ölkənin Okinafadakı hərbi bazasının yığışdırılmasını tələb ediblər. 

Yaponiya xalqı bu aksiyada anti-Amerika şüarlar səsləndirib. 

Polis aksiyaçıları dağıtmağa cəhd göstərib. 

Yaponiya dövləti isə əhalinin etirazlarına rəğmən dünən Okinava vilayətinin Naqo şəhərinin sahil ərazilərində Amerikanın yeni hərbi bazasının yaradılması əməliyyatına başlayıb. 

Bu baza Futenma bölgəsindən Naqo şəhərinə köçürülür. 

Okinava icra başçısı Denni Tamaki ABŞ hərbi bazasının yerinin dəyişdirlməsinə qarşıdır və bu bazanın tamamiylə ləğv edilməli olduğunu bildirib. 

Amerikanın Okinavada yeni hərbi baza yaratması ada sakinlərinin kəskin müxalifəti ilə qarşılaşıb. 

Amerikanın Yaponiya ərazilərindəki 50 minlik hərbçilərindən təxminən yarısının Okinava vilayətində yerləşməsi, onların yerli sakinlərə qarşı bir çox cinayətlərə əl atmaları eləcə də ABŞ hərbi təyyarələrinin tez-tez qəzaya uğraması yerli sakinlərin Amerikanın hərbi bazasının fəaliyyətinin dayandırılası tələbinin əsas səbəblərini təşkil edir. 

Şərh yaz


Məxfi kod
Yenilə