Cümə, 14 Dekabr 2018 21:48

Tramp: Mənim barəmdəki xəbərlər və rəy sorğuları saxtadır

Tramp: Mənim barəmdəki xəbərlər və rəy sorğuları saxtadır

Amerika prezidenti onun fəaliyyəti və reytinqi barədəki xəbərlər və rəy sorğularına ən son reaksiyada onların hamısını saxta adlandırıb.

Amerika prezidenti Donald Tramp dünən "Fox News" telekanalı ilə müsahibədə, amerikalı respondentlərin 52 faizinin onun fəaliyyətini təsdiq etmədiyi yeni rəy sorğusu haqda iddia edibdir ki, mediaların onun hökuməti barədə yaydıqları mənfi xəbərlərin geniş həcmi bu nəticələrə pis təsir göstərir.

Tramp həmçinin iddia edibdir ki, xəbərlər və rəy sorğuları saxtadırlar və o, Amerika tarixində ən böyük yerə malikdir.

"Fox News"un dekabrın 12-də yayılmış yeni rəy sorğusunun nəticələrinə əsasən, amerikalıların 55 faizi bu qənaətdədir ki, Tramp 2020-ci il prezident seçkilərində səs qazanmayacaq və təkcə 38 faiz bu barədə müsbət fikirə malikdir.

Şərh yaz


Məxfi kod
Yenilə