Cümə, 14 Dekabr 2018 21:06

Brüssel Londondan brexitə aydınlıq gətirməsini istəyib

Brüssel Londondan brexitə aydınlıq gətirməsini istəyib

Avropa Komissiyasının sədri Londondan istəyibdir ki, bu birlikdən çıxma, yəni brexit barədəki istəklərini aydın şəkildə ifadə etsin.

Avropa Komissiyasının sədri Jan Klod Yunker əlavə edib ki, bu komissiyanın növbəti iclasında İngiltərənin razılaşma olmadan Avropa Birliyindən çıxmasının müqəddimələri barədə ümumi məlumat yayılacaq.

Avropa Birliyinə üzv 27 ölkənin başçısı dünən Brüsseldə qərara alıbdır ki, İngiltərənin gələn ilin mart ayında razılaşma olmadan Avropa Birliyindən çıxmasının müqəddimələri sürətlə işlənib hazırlansın.

Bu qərara görə, Avropa Komissiyası gələn həftə bu barədə bir layihə yayacaqdır.

Şərh yaz


Məxfi kod
Yenilə