Cümə, 14 Dekabr 2018 20:57

Londonda anti-səud aksiyası

Londonda anti-səud aksiyası

Müharibə əleyhdarları İngiltərə baş nazirinin Londonda yerləşən ofisi qarşısında bu ölkənin səudlara silah satışının davam etməsinə etiraz ediblər.

Bu aksiya "Ədalətin bərqərarı" və "Silah boykotu" kimi iki ümumdünya kampaniyanın çağırışı ilə və İngiltərə silahlarının səudiyyəyə və əmirliklərə satışının davam etməsinə etiraz olaraq keçirilib.

Piket iştirakçıları Yəməndə insan haqlarını pozmaq üçün İngiltərə silahlarından istifadə edilməsini pisləyiblər. Aksiyaçılar Yəmən bayrağını dalğalandırıblar.

Onlar həmçinin İngiltərə hökumətinə və səudiyyə rejiminə qarşı şüarlar səsləndiriblər.

"Ədalətin bərqərarı" adlı ümumdünya kampaniyasının üzvü bu aksiyada deyib: Biz Ərəbistana və səud koalisiyasının sair üzvlərinə silah ixracatının tez bir zamanda dayandırılmasını istəyirik və İngiltərə hökuməti Yəmən müzakirələri prosesinin sürətləndirilməsi məqsədilə Ərəbistana təzyiq göstərməlidir.

İngiltərə hökuməti ABŞ-ın kənarında ali-səud rejiminə başlıca silah satıcılarından sayılır.

Şərh yaz


Məxfi kod
Yenilə