Cümə, 14 Dekabr 2018 12:05

MKİ rəisi Qaşıqçının qətlinin detallarını açıqlayıb

MKİ rəisi Qaşıqçının qətlinin detallarını açıqlayıb

Amerika Mərkəzi Kəşfiyyat İdarəsi- MKİ rəisinin səudiyyəli tənqidçi jurnalistin qətli və bu qətlin arxa planındakı məsələlər barədə ABŞ konqresinə təqdim etdiyi hesabatın detalları mediada işıqlandırılıb.

Amerika Mərkəzi Kəşfiyyat İdarəsi- MKİ-nin rəisi Cina Haspel deyib ki, prezident Donald Tramp ona Camal Qaşıqçının qətli barədə məlumatlar təqdim etməyi qadağan edib və o, qanun icbariliyi ilə konqresin bu cinayət barədə məlumatlar təqdim etmək və konqresə gəlmək haqdakı xahişini rədd edə bilməyibdir.

Haspel əlavə edib: MKİ Qaşıqçının qətli üzrə səylərdən xəbərdar idi, amma Tramp və onun yeznəsi və müşaviri Cared Kuşner bu cinayətdən iki gün öncə MKİ-nin bu məsələyə qarışmaması barədə göstəriş verdilər.

MKİ  rəisi sözlərinə belə davam edib: Səudiyyə vəliəhdi Muhəmməd bin Salman bir il bundan öncə Ərəbistanın kəşfiyyat qüvvələri vasitəsilə Vaşinqtonda Qaşıqçını təqib edirdi və hətta onun bir restoranda qətlə yetirilməsi qərara alınmışdı ki, MKİ Ərəbistanın kəşfiyyat qüvvələrini həbs etdi, amma Trampın göstərişi ilə bu macəranın üstü açılmadı.

Haspel əlavə edib: Qaşıqçının İstanbula daxil olması ilə MKİ bilirdi ki, bu jurnalist ölümə yaxınlaşır, buna görə, bu məsələni İngiltərənin kəşfiyyat təşkilatı ilə bir araya qoydu, amma həmin ölkənin baş naziri Tereza Mey ingilis məmurların İstanbulda Qaşıqçıya kömək etmələrinə icazə vermədi.

MKİ rəisi səudların Qaşıqçının qətli planını işləyib hazırlamalarını bir kinofilminə bənzədib və belə deyib: Ərəbistan vəliəhdi on beş peşəkar kəşfiyyat zabitini və ekspertiza idarəsinin üç həkimini kimyəvi vasitələr və polad mişarla təchiz edərək, İstanbula göndərdi. Bin Salman da çoxlu sayda təyyarənin və digər halların təmin edilməsi barədə göstəriş vermişdi.

Haspelin qənaətincə, sosial şəbəkə istifadəçilərindən iki milyon nəfərin Qaşıqçıya dəstək verməsi və onların bin Salmanla müxalifəti, eləcə də Qaşıqçının Kanada və Amerikada siyasi partiya yaratmaq üzrə səyi onun maksimum sürətlə qətlə yetirilməsi üçün bir stimul idi.

MBC telekanalı adlarını gizli saxladığı üç məsul şəxsə istinadla yazıb: Haspelin məlumatlarından əlavə, ABŞ konqresinin üzvləri də Qaşıqçının qətli barədə şok informasiyalara malikdirlər ki, Kuşnerin mühakiməsi və Trampın impiçmenti ilə nəticələnə bilər.

Şərh yaz


Məxfi kod
Yenilə