Cümə axşamı, 13 Dekabr 2018 12:38

Heylinin etirafı: Qaşıqçının qətlinə görə Bin Salman məsuliyyət daşıyır

Heylinin etirafı: Qaşıqçının qətlinə görə Bin Salman məsuliyyət daşıyır

ABŞ-ın BMT-dəki nümayəndəsi Niki Heyli missiyasının son günlərində "Qaşıqçı" olayına görə Ərəbistan vəliəhdinin məsuliyyət daşıdığını dedi.

1 yanvar 2019-cu il tarixində öz missiyasını başa vuracaq Niki Heyli çərşənbə günü NBC kanalına verdiyi müsahibədə Tənqidçi jurnalist Camal Qaşıqçının qətlinə görə Ərəbistan hökuməti və vəliəhd Məhəmməd Bin Salmanın məsuliyyət daşıdığını deyib. 

Heyli əlavə edib: Qaşıqçının qətlinə dair Ərəbistan başçıları ilə daha ciddi danışıqların aparılması lazımdır. 

ABŞ hökuməti indiyə kimi Qaşıqçı olayında Ər-Riyadın məsuliyyət daşıdığını etiraf etməkdən çəkinərək, Ərəbistan ilə iri silah müqavilələrini qorumağa çalışır. 

Şərh yaz


Məxfi kod
Yenilə