Çərşənbə, 12 Dekabr 2018 21:48

MBC telekanalı aparıcısının fəaliyyəti qadağan edilib

MBC telekanalı aparıcısının fəaliyyəti qadağan edilib

Ərəbistanın tanınmış aparıcısı Əli əl-Ulayani bu ölkənin bəzi dövlət müəssisələrinin fəaliyyətlərini və səud vəliəhdinin repressiv hərəkətlərini tənqid etdiyinə görə, televiziyada veriliş icra etmək qadağası ilə üzləşib.

Ali-səud rejimi müxaliflərinin yatırılmalarının davam etməsinin ardınca MBC telekanalında "Muəla əl-Məvatin" verilişinin aparıcısı Əli əl-Ulayani televiziyada veriliş icra etmək qadağası ilə üzləşib.

Əl-Ulayani 60 dəqiqəlik "Muəla əl-Məvatin" verilişində səud rejimini sosial məsələlərlə mübarizəyə hazır olmamasına görə tənqid edib və Ərəbistanda işsizlik, təhsil, ailə və dil məsələlərinə nəzər salıb.

Ərəbistan son zamanlar dinc şəkildə etiraz edən müxaliflərin həbsini artırıbdır.

Bundan öncə Ərəbistanın MBC telekanalının iordaniyalı aparıcısı Ula əl-Fares Donald Trampın Qüds haqdakı qərarı barədə qalmaqallı twitt-nə və ali-səud rejiminin bu hərəkətə reaksiya verməməsini tənqid etdiyinə görə, bu telekanaldan çıxarılmışdı.

Ərəbistanda tənqidçilərin və insan haqları fəallarının yatırılması davam etməkdədir. Bu hərəkətlər 2017-ci ilin sentyabrından, xüsusən Muhəmməd bin Salmanın vəliəhdliyindən sonra şiddətlənib və indiyədək universitet işçiləri, dini təbliğatçılar və hətta şahzadələr və tacirlərdən yüzlərlə nəfər Ərəbistanın hakim dairələrini tənqid etdiyinə görə, həbsə atılıb.

Şərh yaz


Məxfi kod
Yenilə