Çərşənbə, 12 Dekabr 2018 22:24

44 keçmiş senator Trampın impiçment edilməsini istədi

44 keçmiş senator Trampın impiçment edilməsini istədi

ABŞ Senatının keçmiş senatorlarından olan 44 nəfər bu ölkə prezidentinə ünvanladıqları məktubda, onun beynəlxalq əlaqələrdəki qanuna zidd rəftarları haqda xəbərdarlıq etdi.

Vaşinqton Post qəzetinin yazdığına görə, ABŞ Senatının 44 sabiq üzvü öz məktublarında xəbərdarlıq ediblər ki, Amerikanın milli təhlükəsizlik maraqları heç vaxt Donald Trampın prezidentliyi dönəmində olduğu qədər təhlükə ilə üzləşməyib. 

Bu məktubda Tramp dövründə Amerikada  konstitusiya böhranının yaranmasına və demokratiyanın təhdid olunmasına da işarə edilib. 

Bu məktubu imzalayan sabiq senatorlar Senatın hazırkı və gələcək üzvlərindən şəxsi və partiya maraqlarının milli maraqlardan önə keçmədiyinə dair əminlik əldə etmələrini istəyiblər. 

Trampın siyasətləri ölkə daxilində və beynəlxalq səviyyədə ciddi etirazlar ilə üzləşib və dəfələrlə ABŞ Konqresi və mediaları Trampın impiçment edilməsini istəyiblər. 

Şərh yaz


Məxfi kod
Yenilə