Çərşənbə axşamı, 11 Dekabr 2018 15:46

Makron "Sarı gödəkçəlilər" qarşısında geri addım atdı

Makron "Sarı gödəkçəlilər" qarşısında geri addım atdı

Fransa prezidenti Emanuel Makron televiziya vasitəsilə etdiyi çıxışda xalqın tələblərini qəbul etdiyini və prioritet təşkil edən sosial-iqtisadi məsələlərlə bağlı "güclü tədbirlərin" həyata keçiriləcəyindən xəbər verib.

İRNA-nın məlumatına görə, Emanuel Makron televiziya vasitəsilə etdiyi çıxışında ölkə əhalisinə xitabən, ölkədə sabitliyin yenidən bərpa edilməsi üçün "bütün vasitələr"dən istifadə edəcəyini vəd edib. 

Makron həmçinin deyib: Dövlət güclü tədbirlər həyata keçirərək, ən qısa zamanda bir çox vergiləri azaltmaq və dövlət xərclərinə nəzarəti artırmaq yolu ilə sosial-iqtisadi öncəliklərin həyata keçirilməsinə çalışacaq. 

Fransa prezidenti əmək haqları aşağı olan işçilərdən tutulan vergilərin ən qısa zamanda azaldılacağını və təqaüdçülər üçün vergilərin artırılmasına dair qanunu ləğv edəcəyini bildirib. 

Minimum əmək haqqının minimal olaraq 100 avro artırılacağını və 1 yanvar 2019-cu il tarixindən əlavə iş saatları üçün vergilərin ləğv olunacağını deyib. 

Fransa hökumətinin yanacaq üçün əlavə vergilər təyin etməsinin ardınca 17 noyabrda başlanan etiraz aksiyaları tez bir zamanda bütün ölkəni bürüdü və kapitalizm əleyhinə "Sarı gödəkçəlilər" cərəyanı kimi məşhurlaşdı. 

Şərh yaz


Məxfi kod
Yenilə