Çərşənbə axşamı, 11 Dekabr 2018 14:44

Avropa "Brexit"-ə dəstək verməyə hazırdır

Avropa "Brexit"-ə dəstək verməyə hazırdır

Avropa Şurasının sədri bu şuranın "Brexit" anlaşmasının təsdiq edilməsinə dəstək məqsədilə fövqəladə iclas keçirməsindən xəbər verib.

İRNA-nın məlumatına görə, Donald Tusk Tvitterdə yazıb: Avropa Şurası "Brexit" layihəsinin Britaniya Paralamentində təsdiq edilməsinə kömək edəcək yolları araşdırmaq məqsədilə cümə axşamı fövqəladə iclas keçirmək qərarına gəlib. 

Avropa Birliyinin "Brexit" layihəsinin Britaniya Parlamentində təsdiq edilməsinə kömək etmək qərarı elə bir şəraitdə açıqlanıb ki, Britaniyanın baş naziri Tereza Mey "Brexit"lə bağlı parlamentdə səsvermənin təxirə salınmasından xəbər verib. 

Bu səsvermə bu gün çərşənbə axşamı baş tutmalı idi. 

Bəzi rəsmi dairələrin bildirdiyinə görə, Tereza Mey "Brexit"lə bağlı layihəsinə dair səsverməni, bu yolda ağır məğlubiyyətə uğrayacağı haqda aldığı xəbərdarlıqların ardınca ləğv edib. 

Britaniya və Avropa Birliyi arasında əldə edilmiş anlaşmaya əsasən London 2019-cu ilin martına kimi bu birlikdən çıxmalıdır. 

Şərh yaz


Məxfi kod
Yenilə