Çərşənbə axşamı, 11 Dekabr 2018 14:04

Pompeo: ABŞ üçün ən böyük təhdid Çindir

Pompeo: ABŞ üçün ən böyük təhdid Çindir

ABŞ-ın dövlət katibi Çini ölkəsi üçün ən böyük təhdid adlandırıb.

İRNA-nın məlumatına görə, Mayk Pompeo bazar ertəsi günü deyib: Çin əhali, sərvət va daxili imkanları baxımından, ABŞ-ın uzun müddətdə üzləşəcəyi ən böyük təhdid sayılır. 

ABŞ dövlət katibi daha sonra deyib: Vaşinqtonun qənaətinə görə Rusiya ilə müqayisədə Çin daha təhlükəlidir və Amerikanın maraqlarını bir çox sahədə təhdid edir. 

Pompeo həmçinin, Vaşinqtonun İsrailin regiondakı bütün hərəkətləri və siyasətlərini tam formada dəstəklədiyini deyib. Baxmayaraq ki, İsrail region ölkələrinə qarşı davamlı olaraq işğalçılıq siyasəti yürüdür. 

Şərh yaz


Məxfi kod
Yenilə