Bazar ertəsi, 10 Dekabr 2018 19:49

"Sarı gödəkçəlilər" cərəyanı Monte Neqroya da sirayət etdi

"Sarı gödəkçəlilər" cərəyanı Monte Neqroya da sirayət etdi

Monte Neqro əhalisi "sarı gödəkçə" geyinərək, Fransa vədigər Avropa ölkələrində olduğu kimi kapitalizm quruluşuna qarşı aksiyalara başlayıb.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, "sarı gödəkçə" geyinmiş minlərlə nəfər paytaxt Podqoritsada hökumət əleyhinə aksiya keçirərək, iqtisadi problemlər və korrupsiya əleyhinə şüarlar veriblər. 

Bu etiraz aksiyasında müxalifətdə olan partiya rəhbərləri və millət vəkilləri də iştirak ediblər. 

Hollandiya və Belçikada da son günlər "sarı gödəkçəlilər"in etirazları alovlanmağa başlayıb. 

17 noyabrda Fransada yanacaq üçün əlavə verginin tətbiq edilməsinə etiraz olaraq başlanan və "Sarı gödəkçəlilər" adı ilə məşhurlaşan etiraz dalğası çox sürətlə ölkənin bütün şəhərlərini bürüyərək, digər avropa ölkələrinə də sirayət etməyə başlayıb. 

Fransa hökumətinin yanacaq üçün əlavə verginin tətbiq edilməsi üzrə qanun layihəsini ləğv etməsinə baxmayaraq, xalq etirazları hələ də davam edir. 

Şərh yaz


Məxfi kod
Yenilə