Bazar ertəsi, 10 Dekabr 2018 19:07

Belçika polisi saxlanılan aksiya iştirakçılarını tövləyə saldı

Belçika polisi saxlanılan aksiya iştirakçılarını tövləyə saldı

Belçika polisi "Sarı gödəkçəlilər"in etiraz aksiyasında saxlanılanları at tövlələrində həbs edib.

Belçika medialarının bildirdiyinə görə, bu ölkə polisi "Sarı gödəkçəlilər"in etiraz aksiyasında saxlanılan şəxsləri bir neçə saatlığına at tövlələrində həbs edib. 

Belçikanın Otrbik şəhər prokurorluğunun bildirdiyinə görə, şənbə günü Brüsseldə keçirilən qanunsuz etiraz aksiyasında 400-dən çox adam saxlanılıb. 

İsveçinfor informasiya portalının verdiyi məlumata görə, saxlanılanlardan biri bildirib: Hamımızı inək kimi burada saxladılar və vəziyyətlə bağlı bizi məlumatlandırmırdılar.

Belçikada etiraz aksiyaları Fransada 17 noyabrda başlanan və artıq 3 həfədən çoxdur ki, davam edən etiraz aksiyalarından ilham alır. 

Şərh yaz


Məxfi kod
Yenilə