Cümə axşamı, 06 Dekabr 2018 10:03

ABŞ-ın 2 hərbi təyyarəsi Yaponiya sahillərində süqut edib

ABŞ-ın 2 hərbi təyyarəsi Yaponiya sahillərində süqut edib

ABŞ-ın 2 hərbi təyyarəsi cümə axşamı səhər saatlarında Yaponiya sahillərində yanacaq doldurma əməliyyatı həyata keçirərkən, bir-birinə çırpılaraq, dənizə süqut edib.

İRİB-nin verdiyi məlumata görə, ABŞ rəsmiləri bu iki təyyarədə ümumilikdə 7 nəfərin olduğunu bildiriblər. 

Yaponiyanın Müdafiə Nazirliyi də bu gün səhər bir bəyanat yayaraq, bu ölkənin dəniz qüvvələrinin sərnişinlərdən birini xilas etdiklərindən xəbər verib. 

Digər 6 nəfərin taleyi isə hələ də naməlum olaraq qalır. 

Təyyarələrdən biri yanacaq təyyarəsi olan KC-130 olub. Digər təyyarə isə F\A-18 Hornet qırıcısı olub.

Bu iki təyyarə Yaponiyanın cənubunda yerləşən İvakuni hava bazasından havaya qalxıb. Onlar təlim məşqi həyata keçirirmişlər. 

Qəza nəticəsində itkin düşmüş təyyarəçilərin tapılması məqsədilə Yaponiya tərəfindən bir axtarış dəstəsi yaradılıb. 

ABŞ ordusunun bir ədəd F-15 qırıcısı da 11 iyunda Yaponiya sahillərində, Okinava adasının yaxınlığında süqut etmişdi. 

Şərh yaz


Məxfi kod
Yenilə