Cümə axşamı, 18 Oktyabr 2018 11:18

Brüssel polisi Avropa-Asiya sammiti ərəfəsində tətil aksiyasına başlayıb

Brüssel polisi Avropa-Asiya sammiti ərəfəsində tətil aksiyasına başlayıb

Belçika polisinin yüzlərlə zabiti Avropa və Asiya ölkələri başçılarının Brüssel sammiti ərəfəsində, iş şəraitinə etiraz olaraq tətil aksiyasına başlayıb.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Brüssel polisi 500-dən çox polis zabitinin çərşənbə günü iş şəraitinə etiraz olaraq, xəstəlik bəhanəsi ilə işə çıxmaqdan imtina etdiyini bildirib. 

Brüssel polisinin bu tətil aksiyası cümə axşamı və cümə günü bu şəhərdə keçiriləcək iki günlük Avropa və Asiya ölkələri başçılarının sammiti ərəfəsində baş tutub. 

Brüssel polisi, polis zabitlərinin tətil aksiyasına sonqoymaları və problemlərinin həll edilməsi istiqamətində danışıqların başlanmasından xəbər verib. 

Şərh yaz


Məxfi kod
Yenilə