Çərşənbə, 17 Oktyabr 2018 22:26

Krımda partlayış; 18 nəfər həlak olub

Krımda partlayış; 18 nəfər həlak olub

Krım yarımadasında yerləşən politexnik kollecində baş vermiş partlayışda 18 nəfər həlak olub.

Krım prezidenti Oksiyonov "Korçenski" politexnik kollecinə hücum edən şəxsin, bu hücumun ardınca intihar etdiyini bildirib.

Krımda "Korçenski" politexnik kollecinə hücum edən şəxs, əl qumbarası və odlu silahdan istifadə edərək, 18 nəfəri qətlə yetirib. Bu hadisədə onlarla nəfər də yaralanıb. Hücumu törədən şəxs, polis tərəfindən ələ keçirilməsin deyə, intihar edib.

Polisin bildirdiyinə görə, "Korçenski politexnik kollecinə hücum edən şəxs 22 yaşlı şəxs elə bu kollecin məzunlarından olub.

İlkin araşdırmalara əsasən hücum zamanı həyatını itirənlər əsasən odlu silahdan açılan atəş nəticəsində ölüblər.

Rusiyanın Federal Təhqiqat Bürosu Krımda törədilən cinayətin mahiyyətini "terror" hadisəsindən, "kütləvi qətl" hadisəsinə dəyişib.

Bu hadisənin ardınca Rusiya prezidenti Vladimir Putin dərhal Krım rəsmilərinə hadisənin səbəblərinə aydınlıq gətirilməsi və nəticənin elan olunması barədə göstəriş verib.

Rusiya prezidenti həmçinin, Fövqəladə Hallar Nazirliyinə lazım gələrsə yaralıların Moskva xəstəxanalarına köçürülməsinə dair tapşırıq verib.

Şərh yaz


Məxfi kod
Yenilə